Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev bu qanunları ləğv etdi

Prezident İlham Əliyev bu qanunları ləğv etdi

Tarix: 24 Dekabr 2019 17:03

Prezident İlham Əliyev "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi haqqında qanun imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, qanunda deyilir:

Maddə 1. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli Qanunu ləğv edilsin.

Maddə 2. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli Qanunu ləğv edilsin.

Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.


Etiketlər:  Prezident İlham Əliyev qanunları ləğv etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ