Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Dəyirmi masa” təşkil ediləcək

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Dəyirmi masa” təşkil ediləcək

Tarix: 24 Dekabr 2019 19:27

27 dekabrp saat 12:00-da Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə  "Kamançanın əmsallarının, kamança ailəsinin və kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi" mövzusunda "Dəyirmi masa" təşkil ediləcək.

Sonxeber.net xəbər verir ki, cari ilin 4 mart tarixində  "Azərbaycan tarı, dünən, bu gün və sabah" adlı elmi-seminar aprel ayının 29-da isə  "Dəyirmi masa" layihəsi çərçivəsində "Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri " adlı elmi-praktiki konfrans keçirilib. Konfrans və seminarlarda tar musiqi alətinin  və tar ifaçılığı sənətinin çoxəsrlik inkişaf mərhələsi ətrafında fikir mübadiləsi aparılmış və tar musiqi alətinin ölçü sistemləri əyani şəkildə tar aləti hazırlayan ustalara nümayiş etdirilmişdir. Layihələr çərçivəsində  elmi-metodik tövsiyələri özündə ehtiva edən kitabçalar paylanmışdır.
Bu tədbirlərdən sonra tar istehsalı sahəsində ciddi dönüş yaranmış və tar istehsal edən ustalar bu aləti artıq kitabçada nəzərdə tutulmuş ölşü sistemlərinə uyğun qaydada hazırlamağa başlamışlar.

"Dəyirmi masa" layihəsinin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru , Xalq artisti Murad Hüseynov, koordinatoru isə filologiya elmləri üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Gülhüseyn Kazımlıdır.

27 dekabr tarixində keçiriləcək "Dəyirmi masa" da isə "Kamançanın əmsallarının, kamança ailəsinin və kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi"  məsələsi müzakirə ediləcək, ölçü sistemlərinə aid kitabça iştirakçılara o cümlədən bu sahə ilə məşğul olan ustalara təqdim olunacaq.
Müzakirələrdə simli alətlər üzrə mütəxəssislər, elm adamları, bu alətlərin ifaçlıları və ustalar iştirak edəcək.


Etiketlər:  Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə Dəyirmi masa təşkil ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ