Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Redmi 9 barəsində ilkin məlumatlar ortaya çıxdı

Redmi 9 barəsində ilkin məlumatlar ortaya çıxdı

Tarix: 24 Dekabr 2019 23:52

Baxmayaraq ki, Redmi 8 smartfonu 2 ay bundan öncə satışa çıxıb, insayderlər artıq onun davamçısı olacaq Redmi 9 modeli barəsində ilkin məlumatları aşkar ediblər. Beləliklə insayderlər Redmi 9-un hansı prosessora və digər texniki özəlliklərə sahib olacağı və nə zaman satışa çıxacağı barəsində məlumatları əldə ediblər. Bu barədə 91mobiles saytı xəbər verib.

Sonxeber.net technote.az-a istinadən bildirir ki, Redmi 9 smartfonu MediaTek Helio G70 prosessoru ilə təchiz olunacaq. Sözügedən smartfon büdcəli seqment üçün nəzərdə tutulacaq. Performansına görə MediaTek Helio G70 prosessoru bir neçə müddət bundan öncə istehsalatlarına start verilmiş Helio G90 və G90T modellərindən geri qalacaq.

Bundan əlavə olaraq insayderlər bildiriblər ki, Redmi 9 modeli 6.6 düym ekrana, ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissəyə, 4 GB RAM-a və 64 GB daxili yaddaş həcminə sahib olacaq. Redmi 9-un digər versiyalarının da saatışa çıxacağı heç istisna deyil. Smartfonun satış tarixinə gəldikdə isə insayderlər dəqiq bir tarix göstəricisini qeyd etməyiblər. Lakin onlar qeyd ediblər ki, Redmi 9 modeli 2020-ci ilin əvvəlində satışa çıxmalıdır.


Etiketlər:  Redmi barəsində ilkin məlumatlar ortaya çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ