Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2019 00:40
“Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan Premyer Liqasında mövsümün sonuncu - 28-ci turunda “Neftçi”yə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- İlk çempionluğunuzu qazandınız, təəssüratlarınız necədir?
- Şadam ki, çempion olduq. Maraqlı mövsüm keçirdik, hər şey əla idi.
- Xüsusilə də mövsümün ikinci yarısında “Qarabağ” çox yaxşı çıxış etdi və 8 oyunda ardıcıl qələbə qazandı.Bunun əsas səbəbi nə idi?
- Yaxşı hazırlaşdıq, yaxşı oynadıq. Öz çıxışlarımız haqqında düşünürdük və rəqibin oyunu ilə maraqlanmırdıq. Yekunda istəyimizə çatdıq.
- “Qarabağ”la daha bir il müqaviləniz var. Sizi yeni mövsümdə də burda görəcəyik?
- Müqaviləm davam edir, özümü burda yaxşı hiss edirəm. Məqsədim yaxşı istirahət edib, sonra da yeni mövsümə hazırlaşmaqdır.
- Çempionlar Liqasından nə gözləyirsiniz?
- Onu gələcək göstərəcək. Bütün komanda olaraq dincəlib, ardınca təlim-məşq toplanışında gələcək oyunlara hazırlaşacağıq.
- Nə vaxt hiss etdiniz ki, “Qarabağ” çempion olacaq?
- “Neftçi” – “Sumqayıt” oyunundan sonra artıq hər şey bizim xeyrimizə inkişaf etməyə başladı.