Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 19:06
"Çelsi"nin futbolçusu Villian komandadakı taleyi ilə bağlı açıqlama verib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "zadəganlar"da qalmaq istədiyini deyib.
Braziliyalı oyunçunun London təmsilçisi ilə müqaviləsi 2020-ci ilin yayında başa çatır:
"Hər kəs bu klubu necə sevdiyimi, "Çelsi"də oynamağı xoşladığımı bilir. Bacara bilsəm, 40 yaşıma qədər burada qalacam. Amma futbol həmişə belə deyil. Burada oynamaq istəyirəm. Lakin bu, təkcə mənim verəcəyim qərar deyil.