Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 21:58
Milad münasibətilə xidmət zamanı dəm qazından zəhərlənmə səbəbindən 21 nəfər Karlepon şəhərindəki kilsədən (Uaza departamenti, Parisdən şimalda yerləşir) xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, bu barədə "France Presse" agentliyi bildirib.
Ümumilikdə, məbəddə 150 nəfər olub. Xidmət zamanı onlardan bəziləri şiddətli baş ağrısı hiss ediblər. Dərhal hadisə yerinə 40 yanğınsöndürən, xilasedicilər və bir qrup jandarmeriya əməkdaşları gəlib.