Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən yüksəklikdə yerləşən qəsəbəsi elektrik şəbəkəsinə qoşulub

Dünyanın ən yüksəklikdə yerləşən qəsəbəsi elektrik şəbəkəsinə qoşulub

Tarix: 25 Dekabr 2019 23:00

Dünyanın ən yüksəklikdə yerləşən yaşayış məntəqəsi olan Tibetin Tsoni qəsəbəsi Çinin elektrik şəbəkəsinə qoşulub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Çinin Tibet Muxtar Rayonunda, dəniz səviyyəsindən 5 min metrdən çox yüksəklikdə yerləşən Naqçu Tsoni qəsəbəsinin 7 mindən çox sakini bundan sonra dayanıqlı elektrik enerjisindən istifadə edə biləcəklər.

Layihə meneceri Tserinq Badro deyib ki, sakinlər indiyədək ancaq günəş batareyalarının yığdığı enerjidən istifadə ediblər. Amma qarlı və yağışlı havalarda batareyalar kifayət qədər enerji toplaya bilmədiyi üçün qəsəbə sakinləri çətinlik çəkiblər. Cari ilin martında muxtar rayonun elektrik enerjisi qurumu qəsəbəyə elektrik xəttinin çəkilişinə başlayıb. İlin 10 ayı qış havasının hökm sürdüyü qəsəbəyə elektrik xətlərinin çəkilişi xeyli çətin relyef və hava şəraitində davam edib. Xəttin çəkilişi insan yaşamayan ərazilərdə, o cümlədən Çantan milli təbiət qoruğunun sahəsində həyata keçirilib.


Etiketlər:  Dünyanın yüksəklikdə yerləşən qəsəbəsi elektrik şəbəkəsinə qoşulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ