Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 23:30
Yəqin ki, çoxumuz spirtli içkidən zəhərlənən şəxslər haqqında son xəbərlərdən məlumatlıyıq. Onlardan üç nəfər dünyasını dəyişib, bir nəfərin isə gözləri tutulub. İlkin ehtimal olaraq, onların zəhərlənməsinə səbəb saxta spirtli içki göstərilir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu saxta spirtli içkidən ölüm hadisəsinin qeydə alındığı ilk hal deyil. Spirtli içkilərə aludəlik dünyada vaxtından əvvəl (erkən) ölüm və əlilliyin mühüm risk faktorlarından biridir. Məsuliyyətsiz və təhlükəli səviyyədə spirtli içkilərdən istifadə hər il milyonlarla insanın ölümünə səbəb olur. Məsələn, 2004-cü ildə spirtli içkilər 2.3 milyon insanın ölümünə səbəb olmuşdur. Bu isə dünyada bütün ölüm hallarının 3.8%-na bərabərdir.
Spirtli içkilər hazırlanərkən onların tərkibinə etanol adlı kimyəvi maddə qatılır. Etanol və ya alkoqol rəngsiz, kəskin iyə malik maye olub, el arasında alkoqol kimi tanınır. Alkoqol kefləndirici maddədir.
Saxta spirtli içkilər hazırlanarkən isə, onların tərkibinə daha ucuz başa gələn texniki spirt qatılır. Bu da zəhərlənməyə və ağır xəstəıliklərin yaranmasına gətirib çıxarır.
Qeyd etmək lazımdır ki, spirtli içkilərin məsuliyyətsiz və təhlükəli səviyyədə istifadəsi nəticəsində baş verən xəstəliklər digər bütün xəstəliklərin 4.5%-ni təşkil edir.
Spirtli içkilər xərçəngin bütün növlərinin yaranmasınba səbəb olur...
Alkoqol xərçəng, qaraciyər, ürəək-damar və s. kimi ciddi xəstəliklərin yaranmasına gətirib çıxarır. Bundan əlavə ürəyin işemik xəstəliyi və beyin-damar xəstəliyinin inkişafı da nəzərə çarpan xəstəliklərindəndir. Ümumdüya Səhiyyə Nazirliyinin məlumatına görə,spirtli içkilərdən istifadəninin ağız boşluğu, udlaq, qırtlaq, qida borusu, qaraciyər, yoğun bağırsaq, düz bağırsaq və süd vəzi xərçəngi ilə bağlılığına dair kifayət qədər sübutlar var.
Belə ki, qəbul edilən spirtli içkilərin həcmi artdıqca, xərçəng riski də artmış olur.Bir sıra xərçəng xəstəliklərinin baş verməsi spirtli içkilərin istifadəsi zamanı əmələ gələn asetaldehid adlı metabolitlə bağlıdır.
Ürək aritmiyalarının bəzi növlərinin (məs, qulaqcıqların səyrici aritmiyası) 30-60%-i məhz spirtli içkilərin qəbulu ilə bağlı olduğu məlumdur. Tədqiqatlar göstərir ki, hər gün spirtli içkilərin qəbulu ürək aritmiyalarının yaranmasına səbəb olur. Bu isə ürək xəstəliklərinin inkişaf riskini artırmış olur.