Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 08:36
Sizə loqolarla bağlı mütəmadi olaraq məlumat veririk. Bu dəfə yenə dünyanın ən məşhur avtomobil istehsalçılarından biri haqqında danışacağıq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkətin tam adı "Bayerische Motoren Werke"dir.
Şirkət 1913-cü ildə Karl Friedrich Rapp tərəfindən Almaniyanın Münhen şəhərində yaradılıb. BMW şirkətinin mərkəzi hələ də bu şəhərdə yerləşir. İlk zamanlarda sadəcə təyyarə motoru istehsal edən şirkət 1928-ci ildə "Fahrzeugtechnik Eisenach A.G." adlı avtomobil şirkətini satın alır. Bundan sonra BMW avtomobil istehsalına başlayır. Şirkət ilk seriya avtomobillərinin istehsalına 1929-cu ildə başlayıb.