Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 08:44
Feysbuk ABŞ prezidenti Donald Trampın təbliğatı üçün yaradılmış 600-dən çox saxta hesabı silib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, həmin hesablar şirkətin ayrı-ayrı platformalarında tətbiq etdiyi qaydalara uyğun gəlməyib. Həmin səhifələr şərtləri pozaraq ABŞ prezidentinin lehinə təbliğat mesajları yaymaqla məşğul olurdu.
Feysbuk Vyetnam və ABŞ-da yaradılan saxta səhifələrin bir hissəsini Amerikanın media şirkəti olan "The BL" tərəfindən idarə olunduğunu düşünür. İddia olunur ki, bu şirkət "Epoch Media Group" holdinqi ilə əlaqəlidir.
Bu barədə Feysbukun kibertəhlükəsizlik şöbəsinin müdiri Nathaniel Gleicher bəyanat yayıb.
Feysbukdan bildirilib ki, "The BL" şirkətinin idarə etdiyi saxta profillər üçün insan fotolarını süni intellekt yaradıb.
N.Gleicher "The Financial Times"a açıqlamasında deyib ki, süni intellektin yaratdığı fotoşəkillərdən sistemli istifadə halı ilə ilk dəfədir rastlaşırlar.