Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 11:06
Bakı. İlhamə İsabalayeva – Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı Lənkəran rayonu ərazisində yerləşən ağac emalı sexində sənədləri şübhə yaradan 4 kubmetr işlik oduncaq aşkar edilib.
Trend-in məlumatına görə, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rəfayıl Tahirov jurnalistlərə bildirib ki, işlik oduncağın əldə edilmə mənbələrini müəyyənləşdirmək və sənədlərinin qaydada olduğunu dəqiqləşdirmək məqsədilə araşdırma aparılır.
Araşdırma başa çatanadək oduncaq Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin anbarına daşınıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin