Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AMEA-nın 5 illik inkişaf strategiyası hazırlanıb

AMEA-nın 5 illik inkişaf strategiyası hazırlanıb

Tarix: 26 Dekabr 2019 11:36

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf strategiyası hazırlanıb.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, AMEA-da islahatların həyata keçirilməsi, bir sıra yeniliklərin tətbiqi üçün yaxın dövr - 2020-2025-ci illər üçün inkişaf strategiyasının hazırlanması lazım idi:

“Artıq bir aydan çox idi ki, akademik R.Mehdiyevin rəhbərliyi altında işçi qrup AMEA-nın 2020-2025-ci illər üçün inkişaf strategiyasının hazırlanması üzərində iş aparıb. Artıq bu iş tamamlanıb. Yaxın 5 il üçün inkişaf strategiyası ümumi yığıncaqda müzakirə edilib. Bu, əslində akademiyada yeni islahatlar mərhələsinin başlaması deməkdir. Həmin strategiya müzakirə olunub qəbul edildikdən sonra yeni islahatlar dalğasına start veriləcək”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  AMEA nın illik inkişaf strategiyası hazırlanıb


RƏYLƏR