Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 13:12
Bakı. İlhamə İsabalayeva – Trend:
Bu gün Hacıqabul Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı-Qazax yolunun Hacıqabul rayon mərkəzi ilə birləşən hissəsində ağacəkmə aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nazirliyin, Hacıqabul Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada ETSN-nin tinglik müəssisələrində yetişdirilən 2000-ə yaxın Eldar şamı ağacı əkilib.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına nail olmaq, ictimaiyyətin diqqətini yeni yaşıllıqların salınmasına və qorunmasına yönəltməkdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin