Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 13:16
ABŞ-da "Frontier Airlines" ətrafında qalmaqal davam edir. İki qadın aviaşirkəti məhkəməyə verib.
Sonxeber.net oxu.az-a istinadən əxbər verir ki, qadınlar uçuşlar zamanı cinsi təcavüzə məruz qaldıqlarını deyərək, heyət üzvlərini baş verənlərə tamamilə laqeyd yanaşmaqda ittiham edirlər.
Açıqlamaya görə, ilk hadisə 2018-ci ilin oktyabr ayında, ikincisi isə bundan təqribən bir ay sonra baş verib. Hər iki halda qadınlar baş verənlər barədə aviaşirkətin işçilərinə bildiriblər. Lakin heyət üzvləri polisə məlumat verməyiblər, hətta zərərçəkənlərə şübhəlilər haqqında məlumat toplamağa da kömək etməyiblər.