Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın çəkməsindən mobil telefonlar çıxdı

Qadın çəkməsindən mobil telefonlar çıxdı

Tarix: 26 Dekabr 2019 15:48

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes Benz E 200 CDI" markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Baxış zamanı nəqliyyat vasitəsinin salonundakı qadın çəkməsinin içərisində gömrük nəzarətindən gizlədilən 4 ədəd "İphone 11 Pro Max", şəxsi yoxlama zamanı isə pencəyin iç cibindən 2 ədəd "İphone 11 Pro Max" markalı mobil telefonlar və 5 ədəd qulaqlıq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qadın çəkməsindən mobil telefonlar çıxdı


RƏYLƏR