Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobil şüşəsinin buz bağlanmasının həlli tapılır

Avtomobil şüşəsinin buz bağlanmasının həlli tapılır

Tarix: 26 Dekabr 2019 21:56

Soyuq qış aylarında sürücülərin baş ağrısı olan şüşələrdə buz bağlanması probleminə Lincoln, istilətməli ön şüşə ilə həll tapmağı məqsəd qoyur.

Xüsusilə qar sıx görüldüyü ya da istiliyin sıfırın altına düşdüyü bölgələrdə tez-tez şüşələrdə buzlanma görülür.

Qış aylarında avtomobillərdə edilməsi lazım olan bəzi dəyişikliklər var. Bunların ən başında qış təkərlərinin taxılması durur. Soyuq havada daha yumşaq qalan və yolu daha yaxşı tutan bu təkərlər olduqca əhəmiyyətlidir. Bir başqa əhəmiyyətli nöqtə də silgəçlərdir. Silgəçlərin uyğun yumşaqlıqda və ön şüşənin əyilməsinə uyğun olması lazımdır. Bu məsələdə Lincoln, olduqca diqqətçəkici bir həll tapıb.

Yeni Lincoln Aviator modellərinin ön şüşə silgəçləri iki yeni texnologiyaya sahibdir. Bunlardan biri, elektrik incə metal qatından ibarət olan istilətmə sistemidir. Beləcə silgəçlər ön şüşəni istilədir və buzlanmaya maneə törədir. Sistem eyni zamanda buzları parçalayır.


Etiketlər:  Avtomobil şüşəsinin bağlanmasının həlli tapılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ