Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 07:22
UFC çempionu Həbib Nurməhəmmədov Alma-Atıda keçirilən GFC 23 turnirinin qonağı olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Həbib çıxışında Qazaxıstanı Rusiyadan sonra ikinci vətəni adlandırıb:
"Dağıstanda, eləcə də bütün Qafqazda Qazaxıstanın xüsusi yeri var. Mənim üçün, xalqım üçün Qazaxıstan ikinci vətəndir. Tarixə bəzi hadisələr bəllidir. Qazaxıstandan Qafqaza və əksinə köçürülmələr olub. Qazaxıstanlılar hər zaman bizi qardaşları kimi qəbul edib, dəstək olublar. Biz bunu başa düşür, bilir və qiymətləndiririk".