Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Beynəlxalq Bankı SWIFT gpi sisteminə qoşuldu

Azərbaycan Beynəlxalq Bankı SWIFT gpi sisteminə qoşuldu

Tarix: 27 Dekabr 2019 11:28

Beynəlxalq əlaqələrini daim inkişaf etdirən Azərbaycan Beynəlxalq Bankı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) ilə tərəfdaşlıq çərçivəsində müştərilərinə daha bir imkan yaradıb.

Bank SWIFT-in qlobal ödənişlərdə tətbiq etdiyi yeni inkişaf standartlarından  olan  SWIFT gpi sisteminə qoşulub. Bu sistem beynəlxalq köçürmələr zamanı fərdi və korporativ müştərilərin ödənişlərini bütün mərhələlər üzrə nəzarətdə saxlamaq, icra prosesini addım-addım müşahidə etmək imkanı verir. Bu isə ödənişlərin tam təhlükəsizliyini, operativliyini və şəffaflığını təmin edir.      

Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Fuad İslamov bu yeniliyin beynəlxalq köçürmələr həyata keçirən müştərilər üçün böyük üstünlük olduğunu bildirib: "Müştərilərin öz köçürmələrinin icrası prosesi barədə məlumat almalarından ötrü artıq əlavə vəsait sərf etmələrinə, vaxt itirmələrinə gərək yoxdur. Müasir bankçılıq həllərindən olan SWIFT gpi sistemi beynəlxalq hesablaşmaları müştərilərimiz üçün asanlaşdırır. Yaxın gələcəkdə Azərbaycan Beynəlxalq  Bankının  müştəriləri bu sistemin yeni imkanlarından da istifadə edə biləcəklər".   


Etiketlər:  Azərbaycan Beynəlxalq Bankı SWIFT sisteminə qoşuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ