Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İdxal və ixrac rüsumlarında dəyişikliklər qeyri-neft məhsullarının təklifində canlanma yaradacaq''

''İdxal və ixrac rüsumlarında dəyişikliklər qeyri-neft məhsullarının təklifində canlanma yaradacaq''

Tarix: 27 Dekabr 2019 13:20

İdxal və ixrac rüsumlarında dəyişikliklər qeyri-neft məhsullarının təklifində canlanma yaradacaq.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda Nazirlər Kabinetinin "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nə dəyişiklik edilməsi qeyri-neft sektorunda istehsal həcminin artırılması, yerli və milli məhsulların həm daxili bazarda, həm də xarici bazarda rəqabətqabiliyyətli olmasına səbəb olacaqdır. Nazirlər Kabinetinin qərarında xammalların nomenklatura kodlarının tərkib hissəsinə baxdıqda müəyyən olunur ki, ölkəmizin ağır sənayesi, o cümlədən qida sənayesinin son məhsul buraxılışının daha da artırılmasına hesablanıb:

"Qərar Azərbaycanda hazırda istehsal olunmayan və yaxın gələcəkdə də gözlənilməyən xammallara yanaşmanı özündə tərənnüm edir. Ölkəmizin qeyri-neft sənayesi son illər dinamik sürətlə artım statistikasına malikdir. Prezident İlham Əliyevin mətbuat nümayəndələri ilə görüşündə qeyd etdiyi məqamlarda, ixracın artımına mane olan səbəb kimi, daxili istehlakın artmasını xüsusi vurğulayıb. Təbii ki, bu əhalinin alıcılıq qabiliyyətinin artması, məşğulluğun artırılması ilə əlaqədar olaraq yaxşı xəbərdir. Amma ölkəmizin qeyri-neft sektoru xətti ilə yaranacaq valyuta artımına xüsusi ehtiyac var. Xarici valyuta maktoiqtisadi sabitlik üçün əsas zəminlərdən biridir. Bu baxımdan, idxal rüsumunun 15%-dən 0%-ə endirilməsi, bu xammalardan istifadə edən 500 müəssisənin istehsal həcmini artıracaq, son nəticədə ixrac həcminin yüksəlməsinə dəstək olacaqdır."


Etiketlər:  İdxal ixrac rüsumlarında dəyişikliklər qeyri neft məhsullarının təklifində canlanma yaradacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ