Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərbaycanım” fotomüsabiqəsi üzrə sərgi və qaliblərin mükafatlandırma mərasimi keçirilib - FOTO

“Azərbaycanım” fotomüsabiqəsi üzrə sərgi və qaliblərin mükafatlandırma mərasimi keçirilib - FOTO

Tarix: 27 Dekabr 2019 14:42

Dekabrın 26-da Heydər Əliyev Mərkəzində "Azərbaycanım" müsabiqəsinə təqdim olunan fotolardan ibarət sərgi və qaliblərinin mükafatlandırılması mərasimi olub.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, "Regional İnkişaf" İctimai Birliyi və "Orxan Aslanov studiyası"nın birgə elan etdiyi müsabiqəyə 3000-dən çox foto təqdim edilib. Onların arasından seçilən 165 foto Heydər Əliyev Mərkəzindəki sərgidə nümayiş edilib.

Layihə ölkənin unikal təbiətini, qədim tarixini, zəngin mətbəxini, adət-ənənələrini, mədəniyyət və incəsənətini, insanların sosial həyatını fotolarla geniş ictimaiyyətə tanıtmaq, eləcə də gənclərin fotoqraflıq peşəsinə marağını artırmaq, istedadları üzə çıxarmaq və onların fərdi bacarıqlarının inkişafına dəstək məqsədilə həyata keçirilib.

Fotoqraf Orxan Aslanov çıxışı zamanı sərginin keçirilməsində Heydər Əliyev Mərkəzinə və "Regional İnkişaf" İctimai Birliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, bu ideya qeyri peşəkar fotoqrafları bir araya toplamaq üçün yaranıb.

Layihənin qaydalarına əsasən, birinci yerin qalibi Sənan Müşayev, ikinci yerin qalibi müsabiqənin "Instagram" səhifəsində fotoların bəyənilmə sayı və münsiflər heyətinin rəyi əsasında Süleyman Süleymanlı, üçüncü yerin qalibi isə sərgi zamanı keçirilən səsvermə nəticəsində Nicat Adıgözəlov müəyyən edilib.


Etiketlər:  Azərbaycanım fotomüsabiqəsi üzrə sərgi qaliblərin mükafatlandırma mərasimi keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ