Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xəzərdə su səviyyəsinin enməsinə görə adekvat layihə gerçəkləşdirilir

Xəzərdə su səviyyəsinin enməsinə görə adekvat layihə gerçəkləşdirilir

Tarix: 27 Dekabr 2019 15:34

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi "Sumqayıt" Elektrik Stansiyasının işini dayandırmaq təhlükəsi ilə üzləşdirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna səbəb 2004-cü ildə "Sumqayıt" Elektrik Stansiyası layihələndirilərkən dəniz səviyyəsinin düşmə ehtimalının nəzərə alınmaması və nəticədə suyun səviyyəsinin 1 metr 30 santımetr düşməsidir. Bu barədə jurnalistlərə açıqlamasında "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Teymur Abdullayev bildirib. Onun sözlərinə görə, artıq neçə müddətdir, elektrik stansiyası üçün suyun səviyyəsi kritik həddə çatıb:

"Daha 10 santmetr Xəzərin su səviyyəsi düşsəydi soyutma suyu götürülə bilməyəcəkdi və nəticədə Sumqayıt Elektrik Stansiyasının fəaliyyəti dayanacaqdı. Məhz buna görə də, "Azərenerji" ASC həmin yaranmış problemi vaxtında aradan qaldırmaq məqsədi ilə ötən ilin payızından başlayaraq xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirələr aparıb. Yekunda sahildən Xəzər dənizinin içərisinə doğru soyuq suyun 5 metr dərinlikdən götürülməsinə imkan verən 750 metr məsafədə estakada qurulmasına qərar verilib".

T. Abdullayev qeyd edib ki, MDB məkanında ilk dəfə soyutma suyunun kaskad vasitəsi ilə sakitləşdirici kanala və oradan isə stansiyaya ötürülməsi sistemi yaradılacaq:


Etiketlər:  Xəzərdə su səviyyəsinin enməsinə görə adekvat layihə gerçəkləşdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ