Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pakistan və BVF 6 milyard dollarıq kreditin şərtlərini razılaşdırıblar

Pakistan və BVF 6 milyard dollarıq kreditin şərtlərini razılaşdırıblar

Tarix: 13 May 2019 08:48

Bakı. Trend:

Pakistan hakimiyyəti və Beynəlxalq Valyuta Fondunun (BFV) nümayəndələri İslmabada veriləcək 6 milyard dollarıq kreditin şərtlərini razılaşdırıblar.

Trend-in məlumatına görə, bu barədə Pakistanın baş nazirinin maliyyə məsələləri üzrə müşaviri Əbdül Hafiz Şeyx bildirib.

H.Şeyx deyib: "Pakistan üç il müddətinə 6 milyard dollar məbləğində maliyyə dəstəyi alacaq".

Qeyd edək ki, BVF-nun nümayəndə heyəti kreditin məbləğinin və şərtlərinin razılaşdırılması üçün aprelin 29-dan Pakistandadır.

Xatırladaq ki, Pakistan hakimiyyəti BVF-dən 6-7 milyard dollar dəyərində kredit istəməyi planlaşdırırdı. Bu halda BVF İslamabaddan büdcə kəsirinin azaldılması və vergi sisteminin genişləndirilməsini tələb edə bilərdi.

Pakistan 1980-ci ildən BVF-yə dəfələrlə maliyyə yardımı üçün müraciət edib. Sonuncu dəfə isə 2013-cü ildə müraciət edilib və BVF Pakistana 6,6 milyard dollarlıq kredit ayırıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Pakistan milyard dollarıq kreditin şərtlərini razılaşdırıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ