Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gələn il metroda havalandırma üçün 16 ventilyator alınacaq

Gələn il metroda havalandırma üçün 16 ventilyator alınacaq

Tarix: 27 Dekabr 2019 18:36

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ildə metro stansiyalarında havalandırma sisteminin yaxşılaşdırılması məqsədilə 16 yeni ventilyator alacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin ilin yekunları ilə bağlı hesabatında məlumat verilib.

Məlumatda qeyd edilir ki, onlardan 10-u məhz mövcud xətlərdə quraşdırılacaq.

Qeyd edək ki, 2019-cu ildə havalandırma sisteminin yenidənqurulması sürətləndirilib. 2018-ci ildə ventilyatorların optimal iş qrafiki yaradılıb, bu il 7 ən müasir ventilyator alınaraq quraşdırılıb. Rusiyanın "Ventprom" maşınqayırma zavodunun istehsalı olan ventilyatorlardan 4-ü "VOM 24R", 3-ü isə "VOM 20" tiplidir. Onların gücü müvafiq olaraq 75 və 55 kVt, məhsuldarlığı, texniki göstəriciləri Bakı Meropoliteninin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir. Güclü ventilyatorlar stansiyalarda və onlara yaxın tunel mənzillərində mikroiqlim şəraitinin daha da yaxşılaşdırılmasını təmin edir. Əvvəlki avadanlıqlar, ən yaxşı halda, 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yenilərinin havalandırma imkanı 3-4 dəfə çoxdur.


Etiketlər:  Gələn metroda havalandırma üçün ventilyator alınacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ