Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 20:52
İslandiya "Valur"unun qapıçısı Hannes Haldorsson sabiq klubu "Qarabağ"da oynadığı zaman başına gələn hadisəni xatırladıb.
Qol.az-ın İslandiyanın "Randers Amtsavis" qəzetinə istinadən yaydığı xəbərə görə, 35 yaşlı qolkiper Bakıda küçələrdən birində şəxsi avtomobili ilə adam vurmasından danışıb:
"Qəfildən yola çıxan bir kişini vurmuşdum. Xoşbəxtlikdən o, sağ qaldı. Lakin bu, komandaya düşməyə çalışdığım zamanda olduğu üçün çətin idi. Çox narahat olmuşdum. Nurlanın ("Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu nəzərdə tutur - red.) sayəsində hadisə faciə ilə nəticələnmədi".
Qeyd edək ki, H.Haldorsson 2018-ci ilin yayında 2019-un aprelinə kimi "Qarabağ"da oynayıb. O, ötən ilin oktyabr ayında idarə etdiyi avtomobillə piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə çalışan 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurmuşdu.