Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Xiaomi” şirkəti “Mi Band”in ucuz əvəzetməsini təqdim edib

“Xiaomi” şirkəti “Mi Band”in ucuz əvəzetməsini təqdim edib

Tarix: 28 Dekabr 2019 09:00

"Xiaomi" şirkəti ucuz "Haylou LS01" "ağıllı" saatını təqdim edib. Model idman funksiyalarına və pulsometrə malikdir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, qurğu düzbucaqlı 1,3 düymlük LCD displey və silikon kəmərlə təchiz edilib. Cihazın iç tərəfində pulsometr quraşdırılıb, aksesuar "IP68" standartı üzrə su və toza qarşı dayanıqlıdır. "Haylou LS01" aparatı 14 gün avtonom işləməyə imkan verən 210 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.

"Xiaomi Haylou LS01" "smart" saatı funksiyalar baxımından eyni istehsalçının "Mi Band"nə uyğundur. Sözügedən "smart" saat daxili addımölçəndən başqa 9 təlim rejiminə malik xüsusi proqram təminatına malikdir. Həmçinin aksesuar yuxunun keyfiyyətinə nəzarət edə bilir, "ağıllı" zəngli saata malikdir. Qurğu "Android" və "iOS" sistemli smartfonlarla işləyə bilər.


Etiketlər:  Xiaomi şirkəti Mi Bandin ucuz əvəzetməsini təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ