Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Lufthansa'' 6,4 milyon dollar cərimələnib

''Lufthansa'' 6,4 milyon dollar cərimələnib

Tarix: 28 Dekabr 2019 10:24

Bakı. Trend:

ABŞ-ın federal aviasiya idarəsi Almaniyanın "Lufthansa" aviaşirkətini 6,4 milyon dollar cərimələyib.

Trend-in məlumatına görə, şirkətin federal aviasiya qaydalarına uyğun olmayan 900-ə yaxın uçuş həyata keçirdiyi iddia olunur. Bildirilir ki, ABŞ tənzimləyicisinin icazəsinin olmamasına baxmayaraq, "Lufthansa" San-Dieqo və Filadelfiya hava limanlarına uçuşlar təçkil edib.

Məlumata görə, şirkətin rəsmi cavab üçün 30 gün var idi və bu müddət cümə günü başa çatıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Lufthansa milyon dollar cərimələnib


RƏYLƏR