Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 11:30
Xalq artisti Mənsum İbrahimov Ağdamdan deputatlığa namizədliyini irəli sürəcəyi ilə bağlı xəbərə münasibət bildirib.
Sonxeber.net xəbər verir ki, unikal.org-a açıqlama verən xalq artisti yayılan xəbəri təkzib edib:
"İnformasiya hardan qaynaqlanır, onu bilmirəm. Parlament seçkilərinə namizədliyimi verməmişəm, heç bir siyasi partiyanın da üzvü deyiləm. Hansısa partiya mənim namizədliyimi necə verə bilər axı? Cəmiyyətdəki statusumdan çox razıyam. Çünki böyük tribunalardan sözümü deməyə də iqtidarım var, deyirəm də.