Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Daşkəsəndə sakinlərlə görüşüb (FOTO)

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi
Daşkəsəndə sakinlərlə görüşüb (FOTO)

Tarix: 28 Dekabr 2019 12:56

Bakı. Trend:

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət Komitəsi 26 dekabr tarixində Daşkəsən rayonunda səfərdə olub.

"AzerGold"dan Trend-ə verilən məlumata görə, cəmiyyətin Çovdar filiz emalı sahəsinin yaxınlığında yerləşən Quşçu və Çovdar kəndlərində sosial ehtiyacların müəyyənləşdirilməsi məqsədilə Daşkəsən rayon İcra Hakimiyyətinin nümayəndəsi və bələdiyyə sədrinin də iştirakı ilə sakinlərlə görüş keçirilib. Hər iki kəndin orta məktəblərində təşkil edilən görüşlərdə çıxış edən Komitənin sədri, "AzerGold" QSC-nin sədr müavini Xəyyam Fərzəliyev Cəmiyyətin sosial siyasəti və bu istiqamətdə görülən işlər barədə geniş məlumat verib. X.Fərzəliyev yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində gələn ildə də bir neçə layihənin həyata keçiriləcəyini bildirib.

Daha sonra kənd sakinlərinin sosial problemlərlə bağlı çıxış və təklifləri dinlənilib, yeni təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb. Komitə sədri müraciətlərin hərtərəfli araşdırılması və müvafiq addımların atılması üçün tapşırıq və tövsiyyələrini verib.

Qeyd edək ki, Cəmiyyətin KSM siyasətinin tətbiqinin əsas məqsədi əhalinin həssas hədəf qruplarına yönəlmiş təşəbbüslər və layihələr vasitəsilə ölkədə sosial və dayanıqlı inkişafa dəstək verməkdir. KSM komitəsinin nümayəndələri sosial ehtiyacların hərtərəfli araşdırılması üçün kənd sakinləri arasında vaxtaşırı sorğular təşkil edirr və aztəminatlı ailələrin həyat şəraiti ilə yaxından tanış olmaq məqsədilə onlarla mütəmadi olaraq görüşür, evlərinə baş çəkirlər.

Bugünə qədər "AzerGold" QSC tərəfindən vətəndaş müraciətləri əsasında çoxsaylı maddi yardımlar edilib. Kənd sakinlərinin təşəbbüsü ilə Çaykənd kəndində yeni su xətti çəkilib, Çovdar kənd orta məktəbi zəruri tədris avadanlıqları və sürətli internet cihazları ilə təchiz edilib. "AzerGold" QSC Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində "Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliklərinə adaptasiyası" mövzusunda 100 nəfər fərdi sahibkarın iştirakı ilə Bakıda və Naxçıvanda təlimlər təşkil edib. Bu günə qədər Çovdar filiz email sahəsinin ətraf ərazilərində 8 000-dən artıq ağac və kol əkilib. Həmçinin, İDEA İctimai Birliyinin dəstəyi ilə bu il Çovdar yatağının ərazisində 100 min ədədlik palıd tingliyi salınıb.

"AzerGold" QSC maddi mədəni irsin mümunələrinin qorunması və təbliği istiqamətində də müvafiq addımlar atır. Belə ki, Çovdar yatağı əraizsində aparılan tikinti işləri zamanı aşkarlanan qədim məzarlıqların öyrənilməsi üçün Heydər Əliyev Fondunun dəstəyi ilə bu ilin fevral ayında Cəmiyyət müvafiq qurumlara müraciət etmiş və ərazidə geniş arxeoloji tədqiqatların aparılmasını təmin etmişdir. 5 ay davam edən qazıntılar zamanı 156 qəbir və 6000-dən çox eksponat aşkarlanmış və tədqiq edilməsi üçün müvafiq şərait yaradılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə" mövzusunda keçirilən beynəlxalq simpozium çərçivəsində görülən işlər və maddi-mədəni irs nümunələri geniş ictimaiyətə təqdim edilib. Tapıntılardan ibarət xüsusi ekspozisiya Daş Salnamə muzeyində hazırda da sərgilənir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi
Daşkəsəndə sakinlərlə görüşüb (FOTO) “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi
Daşkəsəndə sakinlərlə görüşüb (FOTO) “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi
Daşkəsəndə sakinlərlə görüşüb (FOTO) “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi
Daşkəsəndə sakinlərlə görüşüb (FOTO)


Etiketlər:  AzerGold Korporativ Sosial Məsuliyyət KomitəsiDaşkəsəndə sakinlərlə görüşüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ