Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda kompüteri və interneti daha çox orta təhsilli insanlar istifadə edir - Məqsədləri isə...

Azərbaycanda kompüteri və interneti daha çox orta təhsilli insanlar istifadə edir - Məqsədləri isə...

Tarix: 29 Dekabr 2019 09:34

Azərbaycanda kompüter və internet istifadəçilərinin çoxu ümumi orta təhsilli insanlardır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2019-ci il üzrə olan məlumatlara əsasən, kompüter istifadəçilərinin 58,6 faizi ümumi orta təhsilli, 17,6 faizi orta təhsildən sonrakı təhsilə malik (qeyri-ali təhsil), 23,8 faizi ali təhsillidir.

Şəhər yerləri üzrə kompüter istifadəçilərinin 50,2 faizi ümumi orta təhsilli, kənd yerləri üzrə 71,2 faizi ümumi orta təhsillidir.

Ümumilikdə şəhər yerləri üzrə kompüter istifadəçilərinin 24,6 faizi orta təhsildən sonrakı (qeyri-ali təhsil), 25,2 faizi ali təhsilli, kənd yerləri üzrə kompüter istifadəçilərinin 7,1 faizi orta təhsildən sonrakı (qeyri-ali təhsil), 21,7 faizi ali təhsillidir.

2018-ci il üzrə olan məlumata əsasən, Azərbaycanda internet istifadəçilərinin 60,2 faizi ümumi orta təhsilli olub.


Etiketlər:  Azərbaycanda kompüteri interneti daha çox orta təhsilli insanlar istifadə edir Məqsədləri isə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ