Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 11:56
“Sabah” klubunun qış fasiləsində transfer edəcəyi ilk futbolçunun adına aydınlıq gəlib.
Qol.az Xorvatiya mətbutına istinadən xəbər verir ki, paytaxt təmsilçisi 30 yaşlı Mario Marinanı heyətinə cəlb edəcək. Bosniyalı dayaq yarımmüdafiəçisi ilə yaxın vaxtlarda müqavilə bağlanacağı gözlənilir.
Onun illik gəlirinin 250 min avro olduğu iddia edilir.
Qeyd edək ki, Marionun son klubu Xorvatiya 1-ci liqasında çıxış edən “Qoritsa” komandası olub. O, bu günlərdə həmin klubdan ayrıldığını elan edib.
Mario Marinanın “Sabah”ı transferi klubun yeni baş məşqçisi, xorvatiyalı Sopiçin istəyi ilə həyata keçiriləcək.