Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Unibank'' rəhbərliyində yeni təyinat olub

''Unibank'' rəhbərliyində yeni təyinat olub

Tarix: 29 Dekabr 2019 12:04

Bakı. Trend:

"Unibank" rəhbərliyində yeni təyinat olub.

Səhmdarların növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, İdarə heyətinin üzvü, İdarə Heyəti sədrinin Korporativ və Pərakəndə biznes üzrə müavini İqor Okayev Unibank İdarə heyəti sədrinin 1-ci müavini təyin edilib.

Bankdan Trend-ə verilən məlumata görə, İqor Okayev bank karyerasına 2006-cı ildən “Unibank”da başlayıb. O, Bankın korporativ bölümündə müxtəlif vəzifələrdə çalışıb. Hazırda “Unibank”ın korporativ, mikromaliyyələşdirmə, pərakəndə biznes, digital bankinq və Marketinq departamenti İqor Okayevin kurasiyasındadır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Unibank rəhbərliyində yeni təyinat olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ