Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 16:34
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başlayandan indiyədək işinin öhdəsindən gəlmədiyinə görə 100-ə yaxın əməkdaşı vəzifəsindən azad olunub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu AQTA sədri Qorxmaz Təhməzli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, agentliyin üç əməkdaşının qeyri-qanuni əməllərdə iştirak etdiyi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb: "Hazırda onlar öz cəzalarını çəkirlər. Bundan sonra da işində nöqsanlara yol verilən şəxslər qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılacaqlar".