Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 18:12
"Bu il Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyəti ilə əlaqədar 60 minə yaxın müvəqqəti iş yeri yaradılıb və həmin işlərdə çalışan əməkdaşlara 5 milyon manatdan artıq əmək haqqı ödənilib".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilin yekunlarında həsr olunan iclasda deyib.
Onun sözlərinə görə, 2019-cu il ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif istiqamətlər üzrə keçirilən imtahanlarda iştirakçıların sayı 571 mindən yuxarı olub. DİM-in tətbiq etdiyi elektron xidmətlərdən istifadə sayı isə 7 milyondan çox olub.