Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 15:54
Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası "Globe Soccer Awards" versiyası üzrə 2019-cu ilin ən yaxşılarının adını açıqlayıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, qaliblərin kimliyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan təltifetmə mərasimində açıqlanıb.
Portuqaliya millisinin və "Yuventus"un hücumçusu Kriştianu Ronaldu ən yaxşı futbolçu adına layiq görülüb. O, digər namizədlər Lionel Messi (Argentina, "Barselona"), Məhəmməd Salah (Misir, "Liverpul") və Vircil van Deyki (Hollandiya, "Liverpul") qabaqlayıb.