Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 16:44
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dünya azərbaycanlılarını təbrik edib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Dəyərli həmvətənlər, əziz dostlar!
Milli birlik və doğma vətənə bağlılığı təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.
Ermənistanın təcavüzkar siyasəti nəticəsində hələ də həllini tapmamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hamımızı narahat edən taleyüklü problem olaraq milli birliyimizin daha da möhkəmləndirilməsini zəruri edir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, mədəniyyətimizin təbliği, milli birliyin möhkəm və davamlı olması naminə harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın, diaspor təşkilatının üzərinə mühüm vəzifələr düşür.
2019-ci il ərzində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, milli-mədəni irsin təbliği, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətlərində 524 layihə və tədbir həyata keçirilmişdir.