Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqların genini dəyişən alimə hökm oxunub

Uşaqların genini dəyişən alimə hökm oxunub

Tarix: 30 Dekabr 2019 23:32

Çin məhkəməsi əkiz qızların genini dəyişən alim He Tzyankuyu üç il azadlıqdan məhrum edib və 3 milyon yuan (təxminən 430 min dollar) cərimələyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alım insan genini dəyişdiyi barədə ötən il məlumat vermişdi. O, süni mayalanma prosesindən öncə insan embrionunun genomunu dəyişib. Uşaqlardan CCR5 genini çıxarıb və onlarda HİV virusuna ömürlük immunitet yaranıb.

Həmin təşəbbüs uşaqların valideynləri tərəfindən dəstəklənsə də, elmi dairələrdə sərt tənqidə məruz qalıb. Rezonanslı təhqiqatla məşğul olan qrup He Tzyankuyun əməliyyatı şəxsi vəsaiti hesabına keçirdiyini, lakin eksperimentlərin Çin qanunlarını ciddi şəkildə pozduğunu deyib.


Etiketlər:  Uşaqların genini dəyişən alimə hökm oxunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ