Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 04:16
Bakı. Trend:
Birləşmiş Ştatlar İranın Vaşinqtonun Yaxın Şərqdəki təhlükəsizliyinə təhdid hesab etdiyi hərəkətlərinə "harda olsa" cavab verməyə hazırdır.
Trend-in məlumatına görə bunu, dekabrın 30-u ABŞ Dövlət Departamentinin yüksək vəzifəli əməkdaşı Vaşınqtonun "Kətaib Hezbollah" şiə qruplaşmasının obyektlərinə endirdiyi avia zərbələrə dair açıqlama verərkən söyləyib.
Diplomatın deyib: "Hadisə göstərir ki, biz nəinki İraqda, bizim, habelə tərəfdaşlarımız və müttəfiqlərimiz üçün bölgədəki bu təhlükəni neytrallaşdırmaqdan ötəri məna daşıyan "harda olsa" cavab verə bilərik."
Məlumatda, son iki ayda İraqda Amerikanın maraqlarına qarşı İran tərəfindən 11 hücum təşkil olunması iddia edilir. Dövlət departamentinin nümayəndəsi vurğulayıb: "Biz bu cür davranışlara, ABŞ və ya müttəfiqlərimizin vətəndaşlarına və Silahlı Qüvvələrinə edilən hücumlara dözməyəcəyik." O, ABŞ prezidenti Donald Trampın və dövlət katibi Maykl Pompeonun bu mövqedə olduqlarını xatırladıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!