Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 11:44
Avstraliya rəsmiləri bazar ertəsi yeni və genişlənən yanğınlar təhlükəsi barədə xəbərdarlıq edib.
Xüsusi narahatlıq mənbəyi ölkənin cənub-şərq sahilləridir.
Sonxeber.net "Amerikanın səsi"nə istinadən bildirir ki, rəsmilər qızmar və küləkli hava şəraitinin ayrı-ayrı yanğınları birləşdirərək, genişləndirəcəyindən və bunun həyatlara və evlərə təhlükə yaradacağından ehtiyat edir.
"Ən şox tövsiyə edilən strategiya yollarda olmamaqdır. Sürücülük çox təhlükəlidir və təkcə tüstüyə görə yox. Qərqi Gippslenddəki yanğınlar təhlükəli sürətlə hərəkət edir," deyə Avstraliya polis və fövqəladə hallar naziri Lisa Neville bildirib.
Avstraliyanın ikinci böyük şəhəri Melburn ətrafında da yeni alovlar qeydə alınıb və rəsmilər sakinlərə evlərində qalmağı tövsiyə edir.