Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mark Esper iranpərəst militantların vurulması barədə: "Əməliyyat uğurlu keçdi"

Mark Esper iranpərəst militantların vurulması barədə:

Tarix: 31 Dekabr 2019 11:46

ABŞ Müdafiə Naziri Mark Esper bazar günü İraq və Suriyadakı iranpərəst militant qrupa edilən hava hücumlarının müvəffəqiyyətlə başa çatdığını deyib və lazım gələrsə, bunun bir daha təkrar ediləcəyini istisna etmədiyini bildirib.

"Əməliyyat uğurlu keçdi. Pilotlar və təyyarələr bazaya sağ-salamat şəkildə qayıtdı," deyə Esper F-15 reaktiv qırıcıların İraqın qərbində və Suriyanın şərqində Hizbulla Kətaibinin beş hədəfini vurmasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun dediyinə görə, Pentaqon hava hücumları həyata keçiriləcəyini bəyat etməsindən bir neçə saat sonra hədəflər şiə yarı-hərbi qrupun bazaları, idarəetmə vasitələri, silah-sursat saxladıqları yerləri olub.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, ABŞ-ın bu addımı cümə günü Bağdadın şimalındakı neftlə zəngin Kərkükdəki K1 İraq hərbi bazasına atılan 30-dan çox raketin amerikalı podratçını öldürməsinə cavab kimi qiymətləndirilir. Həmin hücumda ABŞ hərbi qulluqçularından dördü və İraq təhlükəsizlik qüvvələrindən bir nəfər yaralanmışdı.


Etiketlər:  Mark Esper iranpərəst militantların vurulması barədə Əməliyyat uğurlu keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ