Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2020 00:14
"Mançester Yunayted"in zədəli futbolçularından biri sıraya dönüb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, söhbət "qırmızı şeytanlar"ın müdafiəçisi Erik Bayidən gedir.
25 yaşlı futbolçu artıq komanda ilə məşqlərə başlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Bayi bu ilin aprel ayında dizindən aldığı ağır zədə səbəbindən əməliyyat olunmuşdu. Fil Dişi Sahili yığmasının üzvünün 2020-ci ilin əvvəlində sıraya dönəcəyi ehtimal olunurdu ki, böyük ehtimalla belə də olacaq.