Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ata evi yandıran oğlunu qətlə yetirib - Azərbaycanda - FOTO

Ata evi yandıran oğlunu qətlə yetirib - Azərbaycanda - FOTO

Tarix: 1 Yanvar 2020 18:08

Göygöl rayonunda qətl hadisəsi qeydə alınıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə rayonun Nadel kəndində baş verib.

1950-ci il təvəllüdlü Bayramov Yaşar Qəmbər oğlu övladı 1978-ci il təvəllüdlü Mahir Bayramovu qətlə yetirib.

İlkin məlumata əsasən, ata ilə oğul arasında uzun müddət ev problemi olub. Hadisə də 41 yaşlı oğulun mübahisəyə səbəb olan evi yandırmasından sonra baş verib. Övladının bu əməlinə əsəbiləşən ata onu ov tüfəngi ilə qətlə yetirib.

Hadisə yerinə Göygöl rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları cəlb olunub.


Etiketlər:  yandıran oğlunu qətlə yetirib Azərbaycanda FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ