Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni ili xəstəxanada uşaqlarla qarşıladı

Yeni ili xəstəxanada uşaqlarla qarşıladı

Tarix: 1 Yanvar 2020 22:00

Türkiyənin tanınmış rok ifaçısı, yardıma ehtiyacı olan insanlara daim kömək edən Haluk Levent bu dəfə də ənənəsini pozmayıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, musiqiçi Türkiyədə xəstəxanada müalicə olunan Arda və Semih adlı yeniyetmələri ziyarət edib, onlar üçün mahnı ifa edib. Həmin anın görüntülərini şəxsi tvitter hesabında paylaşan rokçu : "Söz vermişdim. Bir az əvvəl Semih və Arda ilə Yeni ili qeyd etdik. Onların vəziyyətində olan bütün uşaqlarımızın Yeni ilini təbrik edirəm"-yazıb.

Xatırladaq ki, Haluk Levent xərçəng xəstəliyindən əziyyət çəkən 22 yaşlı azərbaycanlı Sura Nadirovaya yardım məqsədilə ötən ilin dekabrda Bakıda konsert verib.


Etiketlər:  Yeni xəstəxanada uşaqlarla qarşıladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ