Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 09:14
Tayvanın Müdafiə Nazirliyinin göyərtəsində yüksək rütbəli hərbi məmurlar olan helikopteri ilə əlaqə itib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Black Hawk" hərbi helikopteri ilə əlaqə cümə axşamı səhər saatlarında yoxa çıxıb.
Bildirilir ki, onun göyərtəsində Baş qərargahın rəisi general-polkovnik Şen İmin və digər yüksək rütbəli hərbçilər olub.
Məlumata əsasən, helikopter yerli vaxtla təxminən 9:00-da İlan şəhəri yaxınlığında dağlıq ərazidə məcburi eniş edib. Hadisə yerinə xilasedicilər yönləndirilib.
"Black Hawk" hərbi helikopterin göyərtəsindəki 13 nəfərdən 10-u sağ tapılıb. Üç nəfərin axtarışı davam etdirilir.