Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Netanyahu toxunulmazlıq istəyir

Netanyahu toxunulmazlıq istəyir

Tarix: 2 Yanvar 2020 11:20

İsrailin Baş Naziri Benyamin Netanyahu toxunulmazlıq hüququndan istifadə edəcək. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb İsrail Baş Prokurorluğunun onunla bağlı 3 ayrı rüşvət ittihamı ilə çıxış etməsidir. Netanyahunun Məclisə göndərdiyi təklifin isə martın 2-nə kimi seçkilərdən dolayı müzakirə ediləcəyi gözlənilmir. 

Vəzifəsindən sui-istifadə etməsi iddialarını rədd edən Baş Nazir ona qarşı irəli sürülən ittihamların siyasi səbəblərdən qaynaqlandığını ifadə edib.

Qeyd edək ki, toxunulmazlıq hüququndan yararlanması üçün Netanyahunun 120-dən artıq millət vəkilinin səsini alması lazımdır.


Etiketlər:  Netanyahu toxunulmazlıq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ