Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2019 01:36
Bakı. Trend:
Pakistanın qərbindəki Kvetta şəhərində bazarda partlayış nəticəsində dörd polis əməkdaşı həlak olub, daha 9 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "Dawn" qəzeti baş polis inspektorun müavini Əbdül Rəzzaq Çimaya istinadən xəbər verir.
Onun sözlərinə görə, hadisə nəticəsində iki polis və yeddi dinc sakin xəsarət alıb və xəstəxanaya göndərilib.
Hadisə yerinə təhlükəsizlik xidmətlərinin əməkdaşları gəlib və ərazini əhatəyə alıblar. Hazırda partlayışın səbəbi məlum deyil.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin