Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 16:00
Hər kəsin xoşbəxtlik anlayışı fərqlidir. Avstraliyada doğulan Devid sivilizasiyadan uzaq qaçmaqla xoşbəxtliyini tapıb.
Sonxeber.net bizimyol.info-ya istinadən bildirir ki, Sidney sakini 26 ildir Robinzon həyatı sürür. Keçmiş milyonçu adada pulsuz və insanlarsız yaşayır.
Devidin həyatı 1987-ci ildə dəyişib. O, birjada hər şeyini itirib. Bundan sonra həyata fərqli baxmağa başlayıb. Zimbabveli qadınla tanışlıq isə yeni ideya ortaya çıxarıb. Məhz afrikalı ona uzaq adaya köçməyi məsləhət görüb.
Devid icarəyə ada götürür. Qadınla birlikdə ora köçürlər. Amma zimbabveli sivilizasiyadan uzaq çox duruş gətirmir. Devid adada tək yaşamağa başlayır.