Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ulduz futbolçunun xanımından Mourinyoya ağır sözlər

Ulduz futbolçunun xanımından Mourinyoya ağır sözlər

Tarix: 2 Yanvar 2020 17:56

"Mançeter Yunayted"in futbolçusu Antoni Martialın həyat yoldaşı Melani Martial Da Kruz Joze Mourinyonu hədəfə alıb.

Sonxeber.net Fanat.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun xanımı portuqaliyalı mütəxəssisin ərinə güvənmədiyini bildirib. 

"Antoni "Mançeter Yunayted"də iki ağır və acılı mövsüm keçirdi. Çünki Mourinyo ona güvənmədi. Antoni belə durumlarda səssiz qalır və özünə qapanır. Onun enişini hiss edirdik. Acı çəkirdi, amma bunu söyləmədi. O qədər acı çəkirdi ki, Mourinyo ilə eyni yerdə çox dayanmamağa çalışırdı. Bir çox futbolçunun həyat yoldaşı baş məşqçilərə və kluba etirazlarını sosial media vasitəsi ilə etirazlarını bildirirlər. Amma Antoni məndən bunu əsla etməməyimi istədi. O oynayıb, qollar vurmağa başlayandan sevincdən qışqırdım" deyə Da Kruz bildirib.

Qeyd edək ki, Marital bu mövsüm meydana çıxdığı 19 matçda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.


Etiketlər:  Ulduz futbolçunun xanımından Mourinyoya ağır sözlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ