Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq təbabəti - Bunlar tibbdə xoş qarşılanmır - AÇIQLAMA

Xalq təbabəti - Bunlar tibbdə xoş qarşılanmır - AÇIQLAMA

Tarix: 2 Yanvar 2020 18:12

Qədim dövrlərdən bu günə qədər gəlib çıxan xalq təbabəti (Türkəçarə) müalicə üsullarına hələ də müraciət edənlər az deyil. Bu müalicə üsulundan xəstəliklərin müalicəsi zamanı bitki mənşəli dərmanlara, uzunmüddətli təcrübəyə əsaslanan qaydalara geniş yer verilir.

Xalq təbabəti, təbii müalicə üsulları ilə məşğul olan təbiblərimiz indi də az deyil. Bundan başqa, qədim ənənələrə malik Çin təbabətində iynə ilə müalicə üsullarından geniş istifadə olunur. Deyilənə görə, iynə ilə bədəndə müəyyən bir nöqtəyə düzgün təsir etməklə, insanı hər hansı bədbəxt hadisədən, hətta iflicdən belə xilas etmək mümkündür. Lakin bəziləri bu müalicə üsulunun doğru olmadığını və insanların inamından sui-istifadə edildiyini deyir.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, Terapevt Ramil Həsənlinin dediyinə görə, həkim diaqnozu olmadan xalq təbabətindən istifadə etmək məsləhət deyil:

"Heç bir ədəbiyyatda və ya Ümumdünya Səhiyyə Təşkilatında "Türkəçarə" deyilən bir anlayış yoxdur. Bunlar tibbdə xoş qarşılanmır. Sağlamlıqda hər hansı bir problem yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır. Əgər bir insanda ciddi xəstəlik baş veribsə, həkim diaqnozu olmadan bitkilərdən istifadə edilirsə, bu xəstəliyin müalicəsini, sadəcə gecikdirə bilər. Nəticədə daha ağır fəsadlar yaranar. Buna görə də səhhətdə yaranan narahatlıq zamanı həkimə müraciət etmək məsləhətdir".

Həkim bildirib ki, elmi təbabətdən fərqli olaraq, xalq təbabətinin müalicə vasitələri nəzəri şərtlərə əsaslanmır:


Etiketlər:  Xalq təbabəti Bunlar tibbdə xoş qarşılanmır AÇIQLAMA


RƏYLƏR