Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stalinin istifadə etdiyi dəmir yolu vaqonu...

Stalinin istifadə etdiyi dəmir yolu vaqonu...

Tarix: 3 Yanvar 2020 00:46

Keçmiş sovetlər birliyinin lideri, "xalqın atası" İosif Stalinin şəxsən istifadə etdiyi dəmir yolu vaqonu Gürcüstanın daşınan mədəni abidələri siyahısına daxil edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Mədəni Abidələrin Mühafizəsi Milli Agentliyinin baş direktoru Nika Antidze məlumat verib.

Bildirib ki, vaqon mədəni irs siyahısına İ.Stalinin Qori şəhərindəki ev-muzeyinin təşəbbüsü ilə daxil edilib. Vaqon hazırda Stalinin anadan olduğu Qori şəhərindədir.

Zirehli, Venetsiya şüşələri ilə bəzədilmiş güzgülü, yaşayış üçün bütün lazımi vasitələrlə təmin olunmuş vaqon iki hissədən ibarətdir.

Birinci bölmədə stol, stul, telefon, yumşaq divan, ikinci bölmədə isə duş kabinəsi var.

Stalin bu vaqondan 1941-ci ildə istifadə edib.


Etiketlər:  Stalinin istifadə etdiyi dəmir yolu vaqonu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ