Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 19:04
"AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə rəhbərik etdim. Bu, mənim üçün böyük mübarizə oldu".
Sonxeber.net Apasport.az-a istinadən bildirir ki, bu fikirlər Azərbaycan milli komandasının sabiq baş məşqçisi Nikola Yurçeviçə məxsusdur.
AVRO-2020-nin seçmə mərhələsindəki uğursuz çıxışa görə vəzifəsindən kənarlaşdırılan xorvatiyalı feysbuk səhifəsində paylaşım edib. N.Yurçeviç yenə belə fürsət gözlədiyini gizlətməyib: "Yığmadakı hər andan həzz aldım. Hər kəsə təşəkkür etmək istəyirəm: futbolçulara, köməkçilərə, dəstək verənlərə, AFFA-ya... İndi isə səbirsizliklə yeni fürsətləri gözləyirəm".
Qeyd edək ki, N.Yurçeviçin rəhbərliyi altında keçirilən 8 seçmə oyunundan yeddisində uduzan millimiz yalnız bir heç-heçəyə nail olub.